anadangəlmə oxuyan / aktyor

a born singer / actor прирождённый певец / актёр
anadangəlmə lüt (paltarsız, çılpaq)
anadangəlmə paltarında (çılpaq, lüt)
OBASTAN VİKİ
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Anadangəlmə immun sistemi
Anadangəlmə immun sistemi — Anadangəlmə (qeyri-spesifik, təbii) immunitet genetik olaraq hər bir bioloji canlı növünə mənsubdur (quyruğun olması və şaquli gəzmək kimi) və irsi olaraq nəsildən nəslə ötürülür. Məhz buna görə, insan heç bir halda, məsələn, it taunu, it isə qonoreya ilə xəstələnə bilməz. Təbii immunitetin fəaliyyəti bir çox müxtəlif mexanizmlər hesabına təmin edilir.Dəri – həm bakteriyalar, həm viruslar, həm göbələklər və həm də digər yad cisimlər üçün demək olar ki, rəfedilməz maneə hesab olunur. Dərini möhkəm divar ilə də müqayisə etmək olar. Məhz buna görə əksər hallarda biz orqanizmimizin yad mikroorqanizmlərlə "görüşünü" sadəcə olaraq hiss etmirik. Onlar ya sadəcə olaraq dərini keçə bilmir, ya da dəridə məhv olurlar. Tər, piy və göz yaşı vəziləri əksər patogen bakteriyalar üçün məhvedici təsirə malik olan xüsusi qoruyucu maddələr ifraz edirlər. Orqanizmin selikli qişaları (burun-udlağın, bronxların, mədə-bağırsağın) – "düşmənlərlə" mübarizənin ön cəbhəsidir. Selikli qişaların sahəsi orqanizmdə təxminən 400 m² təşkil edir. Onlar xarici mühitdəki zərərli mikroorqanizmlərə öldürücü təsir edən "lizosim" adlı maddə ifraz edirlər.
Aktyor
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Anadangəlmə yod çatışmazlığı sindromu
Anadangəlmə yod çatışmazlığı sindromu — hamiləlik zamanı tez-tez qida ilə kifayət qədər yod qəbul edilməməsi nəticəsində yaranan, tiroid hormonunun çatışmazlığı (hipotireoz) nəticəsində doğuş zamanı yaranan fiziki və əqli inkişafın pozulması ilə müşahidə olunan xəstəlikdir. Bu, anadangəlmə hipotiroidizm adlanan və tarixən kretinizm (köhnəlmiş) olaraq adlandırılan, doğuş zamanı qeyri-aktiv tiroid funksiyasının səbəblərindən biridir. Müalicə edilməzsə, həm fiziki, həm də zehni inkişafın pozulması ilə nəticələnir. Simptomlara guatr, körpələrdə zəif boy artımı, böyüklərin boyunun azalması, dərinin qalınlaşması, saç tökülməsi, genişlənmiş dil, çıxıntılı qarın; uşaqlarda sümüklərin böyüməsinin gecikməsi ; və zehni geriləmə, nevroloji pozğunluqlar, ovulyasiyada problemlər, böyüklərdə sonsuzluq görülür. İnkişaf etmiş ölkələrdə yenidoğulmuşlarda qalxanabənzər vəzinin funksiyasının yoxlanılması təmin etmişdir ki, təsirlənənlərdə tiroid hormonu olan tiroksinlə müalicəyə dərhal başlanılır. Bu müayinə və müalicə faktiki olaraq xəstəliyin nəticələrini aradan qaldırıb. == Əlamətlər və simptomlar == Yod çatışmazlığı guatr adlanan qalxanabənzər vəzinin tədricən genişlənməsinə səbəb olur. Zəif boy artımı həyatın ilk ilində görünür. Müalicəsiz yetkin boy 100 to 160 santimetr (3 ft 3 düym to 5 ft 3 düym) arasında dəyişir şiddətindən, cinsindən və digər genetik faktorlardan asılı olaraq. Digər əlamətlərə dərinin qalınlaşması, saç tökülməsi, dilin böyüməsi və qarın çıxması daxildir.
Aktyor (dəqiqləşdirmə)
Aktyor
Aktyor binası
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Aktyor sənəti
Aktyor sənəti və ya aktyorluq — aktyor və ya aktrisanın teatrda, televiziyada, kinoda, radioda və ya hər hansı digər mimetik vasitədə qabaqcadan tapşırılmış rolu canlandırması ilə səhnə surətinin yaradılması. == Proses == Aktyor sənətinin icrasında aktyora bədən quruluşu, danışıq tərzi, mimika, emosionallıq, müşahidə, habelə təxəyyül və yaddaş kimi məziyyətlər kömək edir. Aktyor tamaşada tərəfi-müqabilləri ilə sıx bağlıdır. Onun yaratdığı obraz əsərin ümumi məzmununun və ideya istiqamətinin tamaşaçıya çatdırılmasına görə qiymətləndirilir. Aktyor yaradıcılığının əsası təcəssümetdirmə prinsipidir. Daxili və xarici təcəssümetdirmə anlayışları mövcuddur. Mürəkkəb yaradıcılıq prosesinin bu iki tərəfi mahiyyətcə bir-biri ilə sıx bağlıdır. Təcəssümetdirmə prosesində hərəkət, hiss və fikir vəhdətdədir. Xarici təcəssümetdirmə üçün aktyor qrim və paltardan, bəzən isə maskadan istifadə edir, tələffüz, davranış, mimika və surətə zahiri əlamətlər verən bu cür başqa ünsürlər axtarıb tapır. Buna baxmayaraq, həqiqi təcəssümetdirmə üçün aktyor personajın daxili aləmini açmalı, düşüncə və həyəcanları ilə yaşamalıdır.
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Mehmud (aktyor)
Mehmud Ali Xan (29 sentyabr 1932, Bombey, Britaniya Hindistanı – 23 iyul 2004, Pensilvaniya) – Mehmud kimi tanınan hindistanlı aktyor, rejissor, prodüserdir. O, qırx illik kinokaryerası ərzində 300-dən artıq filmdə çəkilib. O aktrisa və rəqqasə Mumtaz Alinin səkkiz uşaqdan ikincisi idi. Onun bacılarından biri Minu Mumtaz həmçinin Bollivudda tanınan rəqqasə və aktrisadır. Mehmut kinoda uşaq yaşlarından çəkilməyə başlayır. Onun ilk filmi 1943-cü ildə "Qismət" filmi olur. O aktyorluq karyerasına 10 yaşında Bimal Royanın "Do Bigha Zamin" filmindən başlayır. Mehmud dəfələrlə Filmfare mükafatına namizəd olsa da, "Dil Tera Diwana" filminə görə ən yaxşı ikinci dərəcəli aktyor, "Pyar Kiye Jaa" (1967), "Vardaan" (1975) filmlərində üç dəfə ən yaxşı komik aktyor mükafatına sahib olur. Onun çəkildiyi ən məşhur filmlər arasında: "Zindagi" (1964), "Gumnaam" (1965), "Pyar Kiye Ja" (1966), "Love in Tokyo" (1966), "Patthar Ke Sanam (1967), "Padosan" (1968), Aankhen (1968), "Naya Zamana" (1971) və sair filmər var. Mehmud özünü nəinki aktyor, həmçinin rejissor kimi sınayıb.
Üçüncü aktyor
Tritaqonist və ya üçüncü baş qəhrəman (q.yun. τριταγωνιστής – üçüncü aktyor; τριτος — «üçüncü» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən və deyteraqonistdən sonra ən mühüm üçüncü personaj. Qədim Yunanıstan dramında, tritaqonist fəal truppanın üçüncü üzvü olurdu. Personaj olaraq, tritaqonist təhrikçi və ya protaqonistin iztirablarının səbəbkarı ola bilər.:451 Tritaqonist konsepsiyası erkən ikiaktyorlu dramdan yaranmışdır. Bundan sonra, prinsipial personajın və onun əleyhdarını təsirini iki aktyor artırırdı. Burada, əleyhdarı hissəsi üçüncü aktyora (tritaqonist), ikinci aktyorsa (deyteraqonist) prinsipial personajın sirdaşı və ya bəradəri rolunu oynayır. Beləliklə, prinsipial personaja daha böyük bir şəxsiyyət dərinliyi verilir.:451 Qədim Yunanıstan teatrının bədii qiraətləri qismən melodik olduğundan, tritaqonistin rolu adəti üzrə ifaçıya verilirdi.:172 Mark Tulli Siseron "Divinatio in Caecilium" adlı əsərində tritaqonist protaqonistindən təbii olaraq daha güclü olanda onun öz səsini tez-tez "fəth etməli" olduğunu yazır.
İkinci aktyor
Deyteraqonist və ya devteraqonist (q.yun. δευτεραγωνιστής – ikinci aktyor; δευτερος – «ikinci» və αγωνίζομαι – «rəqabət»; αγωνιστής – «döyüşçü») — ədəbiyyatda, protaqonistdən əvvəl və tritaqonistdən sonra ən mühüm personaj. Süjetdən aslı olaraq, deyteraqonist protaqonistin lehinə və ya əleyhinə fəaliyyət göstərə bilər. Qədim Yunanıstan dramı sadəcə bir personajdan protaqonistdən və rəqqasələrdən ibarət bir xordan təşkil edilmişdi. Deyteraqonist rolunu ilk dəfə Qədim Yunanıstan dramaturqu Esxil təqdim etmişdir. Aristotel Poetika əsərində yazır: Esxilin səyləri personajlar arasındakı dialoqu və qarşılıqlı əlaqəni ön plana çıxarmışdır. Sofolk buna əlavə olaraq, Sofokl və Evripid kimi dövrün digər dramaturqlarına məşhur personajlar yaratmağa imkan vermişdir. Qədim Yunanıstan dramı üç personajdan (protaqonist, deyteraqonist və tritaqonist) və bir xordan ibarət olduğundan, hər aktyor bir neçə hissədə rol oynayırdı. Məsələn, Sofoklun Şah Edip dramında protaqonist Edip, deyteraqonist isə İokasta (Edipin həm anası, həm də arvadı), eləcə də çoban və xəbərçi idi. Ədəbiyyatda, deyteraqonist adətən protaqonistin "köməkçi"i rolunu daşıyır.
Aktyor evi
Aktyor binası — Rostov-na-Donu şəhərinin ərazisində yerləşən bina. == Tarixi == "Aktyor binası" 1935–1938-ci illədə inşa edilmişdir. Binanın layihəsi arxitektor Leonid Fedoroviç Eberqə məxsusdur. Bina Qorski küçəsinin sonucunda, Kayani küçədinin əvvəllərinfə yerləşir. Binanın bu cür adlanmasının səbəbi vaxtı ilə burada Rostov teatr cəmiyyətinin üzvlərinin qalması ilə əlaqədardır. Bina quruluş baxımından "З" hərfinə bənzər formada inşa edilmişdir. Belə bir fərziyə vardır ki, arxitektor Eberq rostovlu aktrisa Zinaida Nikolayevka Zoriçə vurulmuşdur. Bu layihəni işləyərkən sevdiyi qadının ad və soyadının ilk hərfini əsas götürərək binanı layihələndirmişdir. Bu binada teatr və kinonun gələcək ulduzu Vera Petrovna Mareskaya və Rostislav Yanoviç Plyatt yaşamışdır. Binanın birinci mərtəbəsində isə trayr rejisoru Yuri Aleksandroviç Zavadski yaşayırdı.
Eldar Əliyev (aktyor)
Eldar Həsən oğlu Əliyev— Azərbaycan teatr və kino aktyoru, Səməd Vurğun adına Rus Dram Teatrının rejissoru. == Həyatı == Eldar Həsən oğlu Əliyev 1936-cı ildə anadan olub. Rus dili və Ədəbiyyatı Pedaqoji İnstitutunu və İncəsənət İnstitutunu bitirib. İlk vaxtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissor işləyib, sonralar Musiqili Kоmediya Teatrında və Leninqrad Dövlət Musiqili Komediya Teatrında tamaşalar hazırlayıb. “Azərbaycanfilm”də çəkilən filmlərdə və Rusiyada istehsalı olan “Azadlıq şirin sözdür” filmində rəngarəng obrazlar yaradıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib. == Xatirəsi == Eldar Əliyev haqqında "Xoşbəxtliyim" sənədli filmi çəkilmişdir. == Filmoqrafiya == 1001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film) Dəli Kür (film, 1969) Gümüşü furqon (film, 1982) Qız qalası əfsanəsi (film, 1978) Mən ki gözəl deyildim (film, 1968) Papaq (film, 2007) Sən niyə susursan?
Elməddin Cəfərov (aktyor)
Elməddin Misir oğlu Cəfərov (1 yanvar 1981, Zod, Vardenis rayonu) — azərbaycanlı aktyor. == Həyatı == Elməddin Cəfərov 1 yanvar 1981-ci ildə Göyçə mahalının Zod kəndində anadan olub. Doğulduğu kənddə orta təhsilə başlasa da Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Gəncə şəhərinə köçmüş, Gəncədə orta təhsilini davam etdirmişdir. O, 13 yanvar 2012-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir.
Elnur Hüseynov (aktyor)
Elnur Hüseynov — azərbaycanlı müğənni
Elnur Məmmədov (aktyor)
Elnur Məmmədov (23 aprel 1976, İrəvan) — Aktyor, Truppa müdiri. == Həyatı == Elnur Məmmədov 1976 - cı ildə Ermənistan (Qərbi Azərbaycan, İrəvan) SSRİ-də anadan olub. 1994-1998-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində təhsil almışdır. 1996-1998-ci illərdə o, İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor vəzifəsində çalışmışdır. Burada o, Ş.Başbəyovun "Dəmir qadın" əsərində Alimcan, İ.Vəliyevin "Abasqulu Şadlinski"sində Komsomol, V.Əliyevin "Madam Badam"ında Dursunəli, Ağacəfər ağa, Ş.Cəbrayılovun "Sehrli alma"sında Ağanəzər kimi obrazlar yaratmışdır. Mədəniyyət və İncəsənət İnstitutunda təhsil aldığı illər ərzində E.Məmmədov teatrın repertuarında olan bir neçə tamaşalarda kütləvi səhnələrdə çıxış etmiş, bir çox tamaşalarda müxtəlif rollarda oynamışdır. V.Rozovun "Şadlıq sorağında" əsərində Nikolay, N.Hikmətin "Kəllə" dramında Hoqqabaz, polis, B.Vahabzadənin "Dar ağacı"nda Ərəb zabiti, V.Şekspirin "Hamlet" faciəsində Marsel, C.Cabbarlının "Ulduz yaxud Ədirnə Fəthi" adlı tarixi dramında Ərəb, Elçinin "Poçt şöbəsində xəyal"ında Poçt işçisi kimi irili-xırdalı maraqlı obrazlar yaratmışdır. 2005-ci il fevral ayından Akademik Milli Dram Teatrında truppa müdiri vəzifəsində işləyir. Göstərdiyi xidmətlərə görə 2015 –ci ildə Mədəniyyət və Turizim Nazirliyinin təsis etdiyi “Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2020 ci ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı ilə təltif olunub.
Elxan Rzayev (aktyor)
Ernst Buş (aktyor)
Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru. == Həyatı == Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır. == Fəaliyyəti == 1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır.
Fikrət Məmmədov (aktyor)
Fikrət Əli oğlu Məmmədov — Azərbaycan kino aktyoru. == Həyatı == ÜDKİ-nin məzunu olmuşdur. 2002-ci ildə avtoqəzaya düşmüş, çənə sümüyü sınmışdır. Bundan sonra danışığında problemlər yaranmışdır. == Ailəsi == Azərbaycanın musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir. "Azərbaycanfilm"in film direktoru Əli Məmmədovun oğludur. == Filmoqrafiya == Axırıncı reys (film, 1989) Bağlı qapı (film, 1981) Bayquş gələndə... (film, 1978) Cin mikrorayonda (film, 1985) Çarə (film, 1981) Doğma sahillər (film, 1989) Əlaqə (film, 1989) Fəryad (film, 1993) Fırıldaqçı (film, 1983) Gözbağlıcı (film, 1986) Gümüşgöl əfsanəsi (film, 1984) Güzgü (film, 1990)(II) Hədiyyə (film, 1986) İbrət dərsi (film, 1984) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Qara "Volqa" (film, 1994) Qarət (film, 1990) Qocalar, qocalar...
Firudin Mehdiyev (aktyor)
Firudin Mehdi oğlu Mehdiyev ( ) — müğənni, dramatik tenor, aktyor, Azərbaycan SSR əməkdar artisti (1978). == Həyatı == Firudin Mehdiyev ADOBT-də 1957-ci ildən işləyib. == Əsas rolları == Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası", Şəfiqə Axundova), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi", Cahangir Cahangirov), Van Qoqun qardaşı ("Van Qoq", Nevit kodallı), Spalanitsani ("Hofmanın nağılları", Jak Offenbax), Radames ("Aida"), kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi").
Fərhad Yusifov (aktyor)
Fərhad Fəttah oğlu Yusifov və ya Mark Jozef (ing. Mark Joseph) — Azərbaycan aktyoru və rejissoru, Kanada ssenaristi və prodüseri. == Həyatı == Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. 1982-ci ildə Rusiya dövlət kinemotoqrafiya institutunun “bədii film rejissorluğu” bölməsini bitirib. Bir sıra ekran əsərlərində - “Nizami”, “Dədə Qorqud”, habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb. Onun xüsusilə “Tacikfilm”in istehsalı olan “Siyavuş haqqında dastan” filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında məşhurluq qazanıb. Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib. Kanadada tammetrajlı “Aldanış” (Заблуждение) filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. “RTVC” Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb. Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb.
Fərəc Fərəcov (aktyor)
Fərəc Əjdər oğlu Fərəcov (d. 21 fevral 1950, Xırdalan) — Azərbaycan aktyoru və rejissoru. == Həyat və yaradıcılığı == Fərəcov Fərəc Əjdər oğlu (Fərəculla Fərəcullayev) 1950-ci ilin fevral ayının 21-də Abşeron rayonun Xırdalan şəhərində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş, 1975-ci ildə Az.Dövlət İncəsən İnstitunun dram-kino aktyoru fakultəsini başa vuraraq 1982-ci ilədək institutun foto-kino laboratoriyasının müdiri işləmişdir. Elə o zamanlar kino həvəskarları klubunda da fəaliyyət göstərmiş və "İmperiya dəftərxanasının komendantı", "İnama etibarlı ol", "Adi əhvalat", Ə.Nesinin hekayəsi əsasında "Kiminə hay-hay, kiminə vay-vay" və s. filmlərini çəkmişdir. "İmperiya dəftərxanasının komendantı" Respublika festivalında 2-ci yerə, "İnama etibarlı ol" filmi isə 3-cü yerə layiq görülmüşdür. "Adi əhvalat" filmi isə 1978-ci ildə "Leninqrad və Baltikyanı respublikaların kiçik kino festivalı"nda iştirak etmişdir.Fərəc Fərəcov "Dağlar oğlu" tamaşasında Əliş roluna görə (rejissor Q.Mürsəlov) 1976-79-cu illərdə keçirilən "Ümumittifaq bədii özfəaliyyət festivalları"nın laureatı olmuşdur. Həmin dövrlərdə görkəmli rejissor, SSRİ xalq artisti Adil İsgəndərovun quruluş verdiyi S.Vurğunun "Xanlar" pyesində-Qalabəyi, daha sonra "Dağılan tifaq"da-Mirzə Bayram rolunu oynamışdır. Nəsir Sadıqzadənin quruluşunda S.Sveyqin "Sahildə bir ev" əsərində Rekurd obrazını yaratmışdır.